2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 774,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə milyon manat, yəni 0,3% artıb, lakin ötən ilin sonuna nəzərən 270,0 milyon manat, yəni 25,9% azalıb. Aylıq müqayisədə isə xalis mənfəət 91,5 milyon manat, yəni 13,4% yüksəlib.
Xatırladaq ki, bankların xalis mənfəəti bu ilin avqustun 1-nə 682,8 milyon manat, ötən ilin sonunda 1 milyard 44,3 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 772,3 milyon manat təşkil edib.