Vəsaitlərinizi banka qoyaraq artırmaq həm də əmanətin həcmi məbləğində şəxsi sığorta əldə etmək istərdinizmi?
“Bank Respublika”nın “İkiqat fayda”adlı yeni əmanət məhsulunu seçməklə, Siz əmanətin faiz gəlirləri ilə yanaşı, “Bakı Sığorta”dan əmanətin məbləği qədər şəxsi sığorta əldə edə biləcəksiniz.
300-dən artıq sığorta hadisəsi növünü əhatə edən şəxsi sığorta növü gözlənilməz hadisələrdən qoruyur, əmanət müştərisinin yaxınları və qohumlarının rahatlığını təmin edir. Bundan başqa, bankın əmanətçilərinə əmanət müddəti ərzində istənilən istiqamətdə 10 günlük səyahət sığortası və istənilən bir avtomobil üçün 50% endirimlə KASKO sığortası təqdim olunacaq.
Beləliklə, əmanətin ADIF tərəfindən sığorta olunması ilə yanaşı, “Bank Respublika”da əmanət yerləşdirən müştərilər “Bakı Sığorta”dan onları fərdi qəza hadisələrindən qoruyan şəxsi sığorta əldə edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
“Bank Respublika”nın müştəriləri “İkiqat fayda” əldə edəcək!
13:54
1 May 2019