Bank Respublika xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə bankın “Gəncə” filialını yeni ünvana köçürüb. İndi filial daha rahat və yeni konseptə uyğun təmir edilmiş ofisdə fəaliyyət göstərəcək. Filial müştərilərə bütün növ bank xidmətləri göstərir.
Burada müştərilər istehlak və biznes kreditləri rəsmiləşdirmək,, əmanət yerləşdirmək, pul köçürmək, ödəniş və kredit kartları sifariş vermək və bir çox digər xidmət və məhsullardan faydala bilərlər.
Bank filialı müştəriləri Gəncə şəhəri, Heydər Əliyev pr.-ti 94 ünvanında qəbul edəcək. “Gəncə” filialı həftə içi beş gün (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi müştərilərə xidmət göstərir.
“Bank Respublika”-nın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://www.bankrespublika.az/content/az/12
Bankın xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün Məlumat Mərkəzinin 144 qısa nömrəsinə zəng etmək və yaxud bankın Facebooksəhifəsinə müraciət etmək olar.