“Bank Respublika” ASC “Xidmətlər üzrə məsləhətçi” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
• Müştərilər arasında aparılan sorğularda iştirak;
• Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
İş şərtləri
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
• İş vaxtı: 09:00 – 18:00
• İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri iş günləridir)
• İş yeri: Bakıxanov filialı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.