Sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank Respublika bu dəfə “Cümhuriyyətin yaranmasının 100-cü ildönümü” münasibətilə yeni bir aksiya həyata keçirdi.
Bank, Sumqayıtda yerləşən general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında təhsil alan valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrdən olan uşaqların Cümhuriyyət dövrü haqqında ətraflı məlumat almaq istəyini nəzərə alaraq, onlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil etdi.
Ekskursiya zamanı uşaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda ilk parlamentinin yerləşdiyi bina, İstiqlal bəyannaməsi abidəsi, İçəri şəhər, Qız qalası vəTarix muzeyini ziyarət etdilər.
Uşaqlar Cümhuriyyət dövrü və tariximizlə bağlı geniş məlumatlar topladılar, xalqımızın bugünədək tarixini əks etdirən müxtəlif maddi mənbələr, eksponatlar və digər zəngin kolleksiyalar ilə tanış oldular.
Maraqlı ekskusiya Bank Respublikanın baş ofisi qarşısında yekunlaşdı. Burada şagirdlərə qiymətli hədiyyələr təqdim edildi və bankın əməkdaşları ilə birgə kollektiv xatirə fotoşəkili çəkdirildi.
Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Respublikamızın tarixi haqqında geniş məlumatlandırmaq, marifləndirmək və eyni zamanda gənclər arasında vətənpərvərlik hisslərinin təbliğindən ibarət idi.
Bankdan verilən məlumata əsasən Bank,Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.
“Bank Respublika”dan növbəti sosial layihə
18:51
14 May 2018