24 yanvar 2022-ci il tarixində “Bank Respublika”ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bankın Baş ofisində keçiriləcək yığıncağı gündəlikdəliyindəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. “Bank Respublika” ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.
4. “Bank Respublika” ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında.
5. “Bank Respublika” ASC-nin Səhmdarların Ümumi Yığıncağının Əsasnaməsinin təsdiq edilməsi haqqında.
6. “Bank Respublika” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında.
7. “Bank Respublika” ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.
8. Xalis mənfəətin bölüşdürülməsi haqqında.