Bank Respublika xalqımızı qarşıdan gələn 28 May Respublika Günü münasibəti ilə təbrik edir, xoşbəxt və firavan həyat arzulayır!
Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika, bayram münasibətilə bütün müştəriləri üçün “Online kredit – 0% komissiya” adlı kredit kampaniyasına start verir. Belə ki, iyun ayının 1-dək “Bank Respublika”nın rəsmi saytından və facebook səhifəsindən istehlak və mikro kreditləri onlayn sifariş edən müştərilər, KOMİSSİYASIZ kredit əldə edə biləcək.
Kampaniya çərçivəsində banka müraciət edən müştərilərə maksimal məbləği 20 000 manat olan “Nağd kreditlər” illik 18%-dən başlayan faiz dərəcəsilə 36 ay müddətinə tәklif edilir. Bank, rəsmi gəlirdən asılı olaraq 10 000 manatadək məbləğdə kredit zaminsiz də təqdim edə bilər. İş adamları isə, kampaniya müddətində maksimal məbləği 50 000 manat olan “Mikro kreditləri” illik 12%-dən başlayan faiz dərəcəsilə 36 ay müddətinə əldə etmək imkanı qazanacaq!
Bankın “Möbil Şöbə” əlavəsini istifadə etdikdə, “Avtoödəniş” xidmətinə qoşularaq hər ay müvafiq tarixdə kredit və digər xidmətlər üzrə etdikləriniz ödənişləri vaxt itirmədən avtomatik həyata keçirə biləcəksiniz.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
“Bank Respublika”da 50 000 AZN-dək krediti “0% komissiya” ilə əldə edə biləcəksiniz!
14:02
27 May 2019