"Bank Respublika" mikromaliyyə sektorunda nümayiş etdirdiyi şəffaflığa görə, mükafata layiq görülüb.
FED.az xəbər verir ki, bu gün Bakıda "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.
Eləcə də bax: Azərbaycanda hər 20 nəfərdən birinin "Bank Respublika" ilə - ƏMƏKDAŞLIĞI OLUB
Tədbir çərçivəsində mikromaliyyə sektorunda informasiya xidmətlərinin aparıcı təchizatçısı "Microfinance Information Exchange" (MIX), "Bank Respublika"nı şəffaflıq prinsiplərinə tam əməl etdiyinə görə yenidən "Dörd Brilyant" mükafatına layiq gördü.
Mükafat Bankın Aqro və mikrokreditdər departamentinin rəhbəri Tural Səlimova təqdim olunub.