Bank Respublika və Bacarıqlı Əllər Dünyası İB “Mən də bacararam!” adlı yeni sosial layihəyə start verdi.
FED.az xəbər verir ki, layihə çərçivəsində fiziki qüsurlu uşaqlar üçün 1 ay ərzində müxtəlif əl işləri sənəti üzrə kurslar təşkil olunacaq və sonda uşaqların hazırladıqları əl işləri satışa çıxarılacaq.
Layihənin keçirilməsində məqsəd - öz bilik və bacarıqlarını nümayiş etdirməkdə çətinliklərlə üzləşən uşaqların rıfah halını yaxşılaşdırmağa, onların cəmiyyətə inteqrasiyasına kömək etməyə nail olmaqdır!