Ölkəmizdə nağdsız ödənişlərin inkişafına daim dəstək verən Bank Respublika, Visa beynəlxalq ödəniş sistemi ilə birgə NFC istifadəçiləri üçün sərfəli kampaniyaya start verir.
Eləcə də bax: Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını unutmayıb
FED.az xəbər verir ki, belə ki, 10 iyun – 10 avqust 2020-ci il tarixləri arasında davam edəcək kampaniya çərçivəsində, smartfonla NFC texnologiyası üzərindən hər biri minimum 5 manat həcmində olmaqla 10 ödəniş edən müştərilər 25 manat dəyərində keşbek qazanacaq. 2 ay davam edəcək kampaniya ərzində hər bir Visa kartı ayda 1 dəfə keşbek qazanma imkanına malik olacaq.
Bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı Visa kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir. Bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.