Bank Respublika və İnnoland tərəfindən keçirilən “Open Banking Lab” layihəsinə seçimlər başa çatıb
FED.az xəbər verir ki, Bank Respublika və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin ölkəmizdə ilk dəfə olaraq fintex-startuplar üçün həyata keçirdiyi Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında təqdimat edən 11 startapdan 5-i daha yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanaraq öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. Bunlar:
- PayLink
- OnePoint
- Fintrack
- Dama-Dama
- Bankoff
Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak edəcəklər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.