Azərbaycanın bank sektorunun liderlərindən biri, sistem əhəmiyyətli bank olan “Bank Respublika”nın 2025-ci il üzrə gəlirləri açqılanıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “Bank Respublika”nın gəlir mənbələrini araşdırıb.
2025-ci il “Bank Respublika” üçün gəlir baxımından uğurlu olub, Bank ötən il gəlirlərini əvvəlki illə müqayisədə 23% artıraraq 340 milyon manata çatdırıb. Bankın gəlir strukturunda əsas yeri ənənəvi olaraq kredit portfeli üzrə faiz gəlirləri tutub. Bu mənbədən bank 262 milyon 114 min manat qazanıb ki, bu da ümumi gəlirin 77%-nə bərabər olub. Bu sahədən gəlirlər 2024-cü illə müqayisədə 30,6% artıb.
İkinci ən böyük gəlir mənbəyi komissiya haqları olub, bu istiqamətdən bank təqribən 28 milyon manat vəsait əldə edib və gəlirlərin 8%-ni təmin edib. Komissiya gəlirləri isə illik müqayisədə 7,9% azalıb.
Əvəzində «Bank Respublika» digər banklara yerləşdirilmiş depozitlərdən böyük gəlir götürüb. 2025-ci ildə bu gəlirlər təqribən 25 milyon manat və ya ümumi gəlirlərin 7% hissəsini təşkil edib. 2024-cü illə müqayisədə «Bank Respublika»nın bu mənbədən gəlirləri 83,6% artıb.
Valyuta bazarındakı əməliyyatlar bankın gəlirlərinə 9 milyon 495 min manat qazandırıb və ümumi gəlirin 3%-ni formalaşdırıb. Valyuta gəlirləri illik müqayisədə cüzi artıb.
Qiymətli kağızlara investisiyalardan əldə olunan gəlir 7 milyon 602 min manat – ümumi gəlirin 2%-i qədər olub ki, bu da, bir ildə 2,2 dəfə artıb.
Bank digər banklara kreditlərdən gəlirlərini də 2,4 dəfə artıraraq 3 milyon 720 min manata çatıdırıb ki, bu da, ümumi gəlirlərin 1%-ini tutub.
“Bank Respublika”nın digər faiz gəlirləri 14,7 dəfə azalma göstərərək 1 milyon 186 min manata çatıb ki, bu da, ümumi gəlirlərdə 1% yer tutub.
Bank digər qeyri-faiz gəlirlərindən isə 2 milyon 806 min manat qazanıb və ümumi gəlirdə payı 1% olub. Əvvəlki ildə bu sahədən gəlirlər olmayıb.
2024-2025-ci illər ərzində “Bank Respublika”nın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
200 594 |
73% |
262 114 |
77% |
30,60% |
|
QK-a investisiyadan gəlir |
3 461 |
1% |
7 602 |
2% |
2,2 dəfə artım |
|
Digər banklara depozitlərdən gəlirlər |
13 591 |
5% |
24 955 |
7% |
83,60% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 556 |
1% |
3 720 |
1% |
2,4 dəfə artım |
|
Komissiya haqları |
30 322 |
11% |
27 938 |
8% |
-7,90% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
9 475 |
3% |
9 495 |
3% |
1% |
|
Digər faiz gəlirləri |
17 406 |
6% |
1 186 |
1% |
14,7 dəfə |
|
Digər qeyri-faiz gəlirləri |
0 |
0% |
2 806 |
1% |
artım |
|
|
|||||
|
Cəmi gəlirlər |
276 405 |
100% |
339 816 |
100% |
23,00% |












