«Bank Respublika » ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın bank sektorunun liderlərindən biri, kiçik və orta biznesin kreditləşdirilməsində aktiv banklardan olan – “Bank Respublika”nın gəlir mənbələrini təqdim edir.
"Unibank"ın biznes kredit portfeli - ARTIB
2023-ci ilin üçüncü rübünün nəticələrinə görə, “Bank Respublika”nın ümumi gəlirləri 166 milyon 258 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 5-ci yeri tutur.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 118 milyon 969 min manatı və ya bütün gəlirlərin 72%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 20 milyon 689 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 12%-i deməkdir. “Bank Respublika”nın valyuta əməliyyatlarından gəlirləri 7 milyon 787 min manat, yəni ümumi gəlirlərin 5%-i həcmində. Qiymətli kağızlar bazarına yatırımlardan isə bankın gəliri 3 milyon 834 min manat olub, bu ümumi gəlirlərin 2%-ni təşkli edir. 9 milyondan artıq məbləği “Bank Respublika” başqa banklar və maliyyə təşkilatlarına ayırdığı depozitlərdən və kreditlərdən qazanıb. Bankın digər faiz gəlirləri isə 5 milyon 495 min manat olub.
Ümumiyyətlə, “Bank Respublika”nın ümumi gəlirlərində faiz gəlirləri 83%, qeyri-faiz gəlirləri 17% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
118 969 |
72% |
QK-a investisiyadan gəlir |
3 834 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
8 232 |
5% |
Digər banklara kreditlərdən gəlirlər |
1 252 |
1% |
Komissiya haqları |
20 689 |
12% |
Valyuta əməliyyatlarından gəlirlər |
7 787 |
5% |
Digər faiz gəlirləri |
5 495 |
3% |
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
166 258 |
100% |