Martın 11-də Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.azregional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərinin adını açıqlayıb. Qeyd edək ki, mükafat Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edib.
“Pərakəndə bankçılıq xidmətləri üzrə İlin Bankı” nominasiyasında qalib - Bank Respublika seçilib.
Bank bu mükafata, keçirlən araşdırmanın nəticələrinə əsasən, il ərzində müştərilərə təqdim edilən ən müasir və keyfiyyətli bank xidmətlərinə görə layiq görülüb.
“Ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müasir texnologiyaları tətbiq etməklə müştərilərinə daim müasir və keyfiyyətli xidmətlər göstərməyə çalışır. Müştəriləri və tərəfdaşlarının istəklərinə önəm verən bir Bank olaraq, aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.