Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görülüb.
Bankın yaydığı məlumata görə, 2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görülüb.
Bununla yanaşı, Bank Respublika “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə 2-ci yeri, “Təmassız post-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında isə 3-cü yeri qazanıb.
Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır.