Ölkəmizin aparcı banklarından biri olan Bank Respublika, Milli Mətbuat Günü ilə əlaqədar hər il olduğu kimi bu il də ölkənin aparıcı media nümayəndələri üçün ənənəvi press-tur təşkil edib. Bu il, mətbuat nümayənədələri Şəki şəhərinə səfər ediblər.
Eləcə də bax: “Bank Respublika” böyük mənfəət açıqladı - 38,8 MİLYON MANAT!
FED.az xəbər verir ki, 2 gün davam edən press-tur çərçivəsində jurnalistlər ilk öncə üçün Bankın maliyyə dəstəyi verdiyi şəki halvası istehsal edən "Əmrah" müəssəsini ziyarət ediblər. Burada onlar halva istehsalı prosesinin bütün mərhələləri ilə tanış olublar.
Daha sonra media nümayənədləri Bankın dəstəyi verdiyi daha bir müəssisəyə - təkəlduz tikiş emalatxanasına baş çəkiblər. Ekskursiya zamanı media nümayəndələrinə qədəm əl sənəti olan təkəlduz barədə geniş məlumat verilib.
Səfərin sonunda mətbuat nümayənədləri üçün Şəkinin ən hündür və gözəl guşəsi olan Xan yaylağına ekskursiya təşkil olunub.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.