“Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2.45 AZN olan adi səhmləri dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki, 4 081 660 ədəd olan səhmlərin ümümi dəyəri 10,000,067.00 manat dəyərindədir.
Qiymətlərin dövlət qeydiyyatı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilib.
Xatırladaq ki, yaxın günlərdə, Bank Respublika-nın İdarə Heyətinin sədri Asəf Namazov nizamnamə kapitalının 10 milyon manat həcmində artırılaraq 67,5 milyon manata çatdırılmasını işarə etmişdi.