Bank

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

"Bank Respublika" işçi axtarır - VAKANSİYA | FED.az
20:00 21 Okt 2019

FED.az xəbər verir ki, Bank Respublika ASC “Vergi məsələləri üzrə məsləhətçi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştəri zənglərinin qəbulu;
• Müştərilərə VÖEN açılması ilə bağlı məsləhətlərin verilməsi;
• Vergi hesabatlığı ilə bağlı müştərilərə tövsiyyələrin verilməsi və dəstək göstərilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• Təcrübə: mühashib olaraq arzuolunandır;
• Vergi qaunvericiliyi ilə bağlı bilgilərin olması mütləqdir;
• Fiziki şəxslərin vergi hesabatalarının verilməsi ilə bağlı biliklərin olması mütləqdir;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Vergi məsələləri üzrə məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Digər xəbərlər