Bank Respublika ASC “Şirvan filialı üzrə əməliyyatçı” vəzifəsi üzrə vakansiyalar elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dili (əla);
• Təcrübə: bank sahəsində əməliyyatçı olaraq təcrübə arzuolunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• İdarəetmə və öyrətmə bacarıqları;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Şirvan filialı üzrə əməliyyatçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.