“Bank Respublika” ASC Daxili Audit Departamentinə “Aparıcı auditor” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• İstehlak kreditləri sahəsində daxili nəzarət sistemlərinin mövcud olmasının, effektivliyi və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;
• Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirilməsi;
• Kredit sahəsində audit testlərinin həyata keçirilməsi;
• Filiallarda kredit portfellərinin təhlili və monitorinqinin həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır)
• Təcrübə; Daxili audit sahəsində ən azı 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Analitik düşünmə qabiliyyəti;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.