Bank Respublika ASC «Partnyorlarla iş üzrə mütəxəssis» vəzifəsi üzrə vakansiyalar elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
• Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
• Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
• Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
• Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Təcrübə: müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla iş üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.