“Bank Respublika” ASC Daxili Audit Departamentinə “Auditor” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• İstehlak kreditləri sahəsində daxili nəzarət sistemlərinin mövcud olmasının, effektivliyi və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;
• Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirilməsi;
• Kredit sahəsində audit testlərinin həyata keçirilməsi;
• Filiallarda kredit portfellərinin təhlili və monitorinqinin həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi və ya hüquqi təhsil;
• Daxili audit sahəsində və ya istehlak kreditləri üzrə kredit mütəxəssisi vəzifəsində ən azı bir il iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• Excell proqramında işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
• Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
• Sürücülük vəsiqəsinin olması arzuolunandır.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.