Bank Respublika ASC “Xadimə” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Banka aid olan ofisdə təmizlik işlərinin həyata keçirilməsi;
• İş vaxtı ərzində təmizliyin təmin edilməsi.
Namizədə qarşı tələblər:
• İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili əla;
• Təmizkarlıq, punktuallıq, çalışqanlıq və dürüstlük
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
İş şərtləri:
• İş vaxtı: 08:00 – 17:00 .
• İş günləri: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri iş günü).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xadimə” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.