"Bank Respublika" ASC "İnformasiya təminatı şöbəsinə mütəxəssis" vəzifəsinə işçi qəbulu elan edib.
Namizədlər ali təhsilli olmalı, Azərbaycan dilini əla, rus dilini yaxşı səviyyədə bilməli, məlumat bazalarının proqramlaşdırılması üzrə biliklərə (SQL, PLSQL), məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığına, yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsinə malik olmalıdırlar. Bu sahədə azı 1 il iş təcrübəsi də tələb olunur.
Vəzifə öhdəlikləri müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması, bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması, bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi, proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi, məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılmasıdır.
Arzu edənlər CV-lərini yanvarın 13-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerinə vəzifənin adı qeyd olunmalıdır.