“Bank Respublika” ASC “Təsərrüfat işləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Filialda təsərrüfat işlərinin görülməsi (lampaların dəyişdirilməsi, generatora nəzarət etməsi, filiala lazımı olan dəftərxana ləvazimatları ilə təmin etmək və digər;
• Ofisdə sınan və düzəlməsi mümkün olan əşya və avadanlıqların düzəldilməsi;
• Filiala təhkim olunmuş nəqliyyat vasitəsinin idarə edilməsi;
• Daşınmaz əmlakın dövlət reyestri xidmətindən və notariat kontorlarından sənədlərin götürülməsi;
Namizədə qarşı tələblər:
• İş təcrübəsi; aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi;
• Azərbaycan dili - (əla);
• Avtomobil idarəetmə bacarığı və B kateqoriyalı sürücülük vəsiqəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Təsərrüfat işləri üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.