Bakı, 26 iyul 2019.
Ölkədə korporativ bankçılığa xüsusi önəm verən Bank Respublika, Dövlət Gömrük Komitəsinin kredit təşkilatlarının
reyestrinə daxil edilib.
Beynəlxalq ticarətdə hesablaşmalar və idxal əməliyyatları ilə məşğul olan təşkilat və fərdi sahibkarlar ortaya çıxa
biləcək maliyyə risklərindən qorumaq üçün “Bank Respublika”nın əlverişli xidmətlərindən yararlana bilərlər.
Belə ki, bankın təqdim etdiyi qarantiya məktubu əsasında idxal əməliyyatlarını həyata keçirən müştərilər gömrük
orqanına rüsum ödənişi müddətinə güzəşt əldə edəcək. Başqa sözlə, bank müştərinin gömrük orqanına ödəniş və
rüsumlarının göstərilən müddətdə ödənilməsinə təminat verəcək. Qarantiya məktubunu əldə etmək istəyən
müştərilər gömrük orqanlarına qarantiyanın müddəti, məbləği, idxal olunan malların detalları haqqında təqdim
etdikləri sənədləri banka təqdim etməlidir.
Bundan başqa, Bank Respublika müştərilərinə digər növ yerli və beynəlxalq qarantiya məhsullarını da təklif edir:
ödəniş zəmanəti (payment guarantee)
tender zəmanəti (bid bound)
öhdəliklərin yerinə yetirilməsinə zəmanət (performance bond)
avans ödənişin qaytarılmasına zəmanət (advance payment guarantee)
zəmanətli öhdəliklərin yerinə yetirilməsinə zəmanət
kredit vəsaitlərinin qaytarılmasına zəmanət
zəmanətlərin avizo edilməsi
digər bankların kontr-zəmanətləri əsasında zəmanətlərin buraxılması
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə
edə bilərsiniz.
Bank Respublika ilə gömrük ödənişləriniz - ASANLAŞACAQ
15:13
26 İyul 2019