Bank Respublika korporativ müştərilərə yenilənmiş #MobilOfisBiznes tətbiqini istifadəyə verdi.
FED.az xəbər verir ki, ölkəmizdə real sektorun inkişafına böyük önəm verən Bank Respublika, hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni, təkmilləşdirilmiş “Mobil Ofis Biznes” tətbiqini istifadəyə verdi.
#MobilOfisBiznes tətbiqi vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən öz smartfonları vasitəsilə cari hesablar, kartlar, sərəncamlar, köçürmələr və s. haqqında günün istənilən vaxtı və operativ şəkildə məlumatlar əldə edə biləcəklər.
Qeyd edək ki, həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan #MobilOfisBiznes ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb. Təkmilləşdirilmiş #MobilOfisBiznes mobil tətbiqində yeni “İmzalar” menyusu da əlavə olunub. Bunun sayəsində müştərilər bütün ödənişlərini həm təsdiq edə biləcək, həm də hesablarını nəzarətdə saxlaya biləcəklər.
Yenilənmiş #MobilOfisBiznes tətbiqi ilə sahibkar olmaq daha rahat olacaq, çünki ofisiniz cibinizdə olacaq.
Biznesinizə #rahatlıq gətirin, biznesinizi #birtoxunuşla idarə edin!
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.