“Bank Respublika” ASC ümumi həcmi 5 milyon ABŞ dolları olan istiqraz buraxmağı planlaşdırır.
FED.az bu barədə Bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməyən istiqrazlardan gedir. İstiqrazların müddəti 8 il, gəlirliliyi 8.5 faiz təşkil edir.
Bu istiqrazların buraxılşı mütəşəkkil kapital bazarndan sərbəst vəsaitlərin cəlb edilmesi ile bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılmasıdır.
Anderrayter "ABB-|nvest investisiya $irketi" QSC şirkətidir.