Azərbaycanda daha bir bank 2019-cu ili mənfəətlə başa vurduğunu açıqlayıb.
Eləcə də bax: "Rabitəbank" Mərkəzi Bankın tələbi ilə - KREDİT FAİZLƏRİNİ ENDİRDİ
FED.az xəbər verir ki, «Rabitəbank» ili təqribən 9 milyon manat mənfəətlə başa vurmub. Bu barədə bankın idarə heyətinin sədri Elçin Qədimov bildirib. Onun sözlərinə görə, bu il «Rabitabank» tərəfindən 260 milyon manat kredit ayrılıb və bunun 115 milyon manatı biznes subyektlərinin payına düşüb: «Ayrılan kreditlərin nəticəsində 2,1 mindən artıq kiçik və orta bizneslər öz işlərin genişləndiriblər».
Eləcə də bax: Bank sədri: "Bu il 5-6 milyon MƏNFƏƏTİMİZ OLACAQ"
«On minlərlə ölkə vətəndaşı kredit alıb ehtiyaclarını ödəyib, 200-dən artıq müştəri isə ipoteka krediti alıb»-deyə E.Qədimov bildirib.