“Rabitəbank” ASC Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair qərarından sonra ilk dəfə olaraq Mikro kreditlərinin faizini endirməli olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Monitorinq Qrupu bildirir ki, faiz endirimi dedikdə bu günə qədər illik 24% minimum faiz dərəcəsi müəyyən olunurdusa, bundan sonra 22% dərəcəsi müəyyən olunacaq. İlin ortalarına nəzər salsaq görərik ki, bank AMB-nin faiz qərarlarına (azaldılamalar) verdiyi ən böyük fərdə reaksiyasıdır.
Eləcə də bax: “Rabitəbank”ın səhmdarları rəhbərliyə bonusların ödənilməsini – MÜZAKİRƏ EDƏCƏKLƏR
Bank ilin ortalarında dəqiq olaraq qeyd edirdi ki, məsələn, 12 ay – 25%, 18 ay -26 %, 24 ay- 26%, 36 ay – 27% idi. Qeyd etməliyik ki, bank bu faiz dərəcələrini tətbiq etdiyi zamanlarda maksimum məbləğ 15 000 manata qədər maksimal məbləğ müəyyən olunmuşdu.
İndi isə artıq girov, müddət və məbləğə görə “Rabitəbank” faiz dərəcələrini artıra bilir. Hazırda maksimum illik faiz dərəcəsi isə 26%-dir.
Bankın “call center”inə zəng vuraraq öyrənmək olur ki, 20 000 manatdan yuxarı olduqda yalnız illik faiz dərəcəsi 22% və ya 23%-ə qədər mikro kredit götürmək mümkündür. Operatorun izahına əsaslansaq, 20 000 manatdan aşağı kredit götürməli olsanız minimum illik faizi 24%-dir.
Bu kredit məhsulu üzrə maksiumum 30 000 manat kredit əldə etmək olar.