Azərbaycanın bank sektorunun ən aktiv təmsilçilərindən olan «Bank of Baku» 2025-ci ilin uğurlu maliyyə nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, özünməxsus bank ənənələrinə malik «Bank of Baku» ötən il maliyyə göstəricilərini həm kəmiyyət, həm də keyfiyyət baxımından bir qədər də yaxşılaşdırıb. Bank böyüyüb, gəlirləri və mənfəəti kəskin artıb, eyni zamanda rəqəmlər - müştərilərin banka inamının yüksəldiyini göstərir. Beləliklə,
2025-ci ildə «Bank of Baku»nun cəmi gəlirləri birdən birə 57 milyon manat və ya 40% artaraq 141 milyon manatdan 198 milyon manata yüksəlib.
Bank üçün ənənəvi vəziyyət – faiz gəlirlərinin əsas hissəsini kredit portfelinin gəlirləri tutur. İl ərzində yaradılan bir sıra maraqlı kredit məhsulları müştərilərin «Bank of Baku» kreditlərinə yüksək marağını qoruyub saxlayıb və bu özünü illik nəticələrdə göstərir. Belə ki, 2025-ci ildə bankın kredit portfeli 150 milyon manat və ya 20% artaraq 810 milyon manat yüksəlib. Portfelin böyüməsi faiz gəlirlərini də sıçrayışdla artırıb.
Ötən il bankın kredit portfeli ona 167 milyon manat faiz gəliri təmin edib – bu əvvəlki illə müqayisədə 45 milyon manat və ya 37% artıqdır. Digər mənbələrdən gəlirlər nisbətən azdır – qiymətli kağızlara yatırımlar Banka 4,6 milyon gəlir gətirib (artım 23%), təqribən o qədər gəlir başqa banklarda yerləşdirilən depozitlərdən daxil olub (2 qat artıb).
2025-ci ildə «Bank of Baku»nun faiz xərcləri də ciddi şəkildə artıb – 31 milyon manat və ya 75% artımla faiz xərcləri 41 milyon manatdan 72 milyona yüksəlib. Faiz xərclərinin böyük hissəsi (67,4 milyon) əmanət sahiblərinə ödənilən faizlərdir – 77% artıb.
Qeyd edək ki, «Bank of Baku» - 2025-ci ildə depozit portfelini sürətlə böyüdən azsaylı banklardan biridir – bir ildə əmanət və depozitlər 150 milyon manat və ya 25% artaraq 740 milyon manata yüksəlib. Nəticədə bankın faiz xərcləri də artıb, amma sürətlə artan faiz gəlirləri bu xərci rahat şəkildə qarşılayır. Yeri gəlmişkən, «Bank of Baku» 2025-ci ildə öz qiymiətli kağızları üzrə faiz də ödəməyə başlayıb – bir ildə 1,8 milyon manat.
Nəticədə bankın illik xalis faiz gəliri 105,5 milyon manata yüksəlib – bu 2024-cü ildən 18 milyon manat (təqribən 20%) artıqdır.
Ötən il Bankın qeyri-faiz gəlirləri də kəskin şəkildə 60% yüksələrək 13 milyondan 21 milyona qalxıb. Müştəri aktivliyinin göstəricisi olan haqq və komissiya gəlirləri isə təqribən 9 milyon və ya 70% artıb.
Qeyri faiz xərclərində isə 15 milyon manat artım olub ki, bununla 5 milyon manatı əmək haqlarında baş verib – 2025-ci ildə «Bank of Baku»da əmək haqqı fondu 33 milyondan 38 milyon manata yüksəlib.
Nəticədə ötən il bankın əməliyyat mənfəəti 40 milyon manatı keçib ki, bu da əvvəlki ildən 13 milyon manat və ya 50% artıqdır.
Təqribən 10 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra 2025-ci ildə «Bank of Baku»nun xalis mənfəəti 30 milyon 594 min manata yüksəlib. Bu əvvəlki illə müqayisədə 5 milyon manat artıqdır.
2025-ci il «Bank of Baku»nun böyüməsində mühüm dövr olub – bankın aktivləri 1 milyard manatı keçərək 1 milyard 152 milyon manata yüksəlib.
Bunun böyük hissəsi – 910 milyon manatı kredit portfelidir. Kreditlərin böyük hissəsi – 700 milyon manatı istehlak kreditlərinin (20% artıb), 149 milyon manatı biznes kreditlərinin (13% artıb), 62 milyon manat isə ipoteka kreditlərinin (30% artıb) payına düşüb.
Ötən il «Bank of Baku» ilk dəfə olaraq başqa banklarda depozit yerləşdirməyə başlayıb, 27 milyon manatlıq depozit, banka yuxarıda qeyd edildiyi kimi, 4,6 milyon gəlir gətirib.
Eyni zamanda «Bank of Baku» bank sektorundakı digər tendensiyaya da qoşularaq qiymətli kağızlara yatırımları 2 qat artırıb – bankın QK portfeli 44 milyondan 86 milyon manata qalxıb – bu addam da banka il ərzində 4,6 milyon manat gəlir təmin edib.
2025-ci ildə bir sıra banklar depozit portfeli ilə bağlı çətminliklərlə üzləşsələr də «Bank of Baku» özünü rahat hissə edib – bankın öhdəlikləri 200 milyon mianat artaraq 976 milyon manata, depozit portfeli isə 150 milyon manat artartaq 740 milyon manata yüksəlib.
Ötən il bankda fiziki şəxslərin əmanətləri 135 milyon manat artaraq 670 milyon manata, şirkətlərin depozitləri isə 13 milyon manat artaraq 71 milyon manata çatıb.
Əvvəlki illərə öhdəliklərin üzərinə 20 milyon manatlıq istiqrah öhdəlikləri də əlavə olunub.
Maliyyə göstəricilərini sürətlə yaxşılaşdıran bank kapital mövqeyini də unutmayıb – 2025-ci ildə bankın cəmi kapitalı daha 20 milyon manat artaraq 175 milyon manata yüksəlib. Səhmdar kapitalı dəyişməyib - 52,8 milyon manat, bankın kapitalının yarıdan çoxu – 111 milyon manatı bölüşdürülməmiş mənfəətdir.
















