“Bank Melli İran” 2023-cü ilin son rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən il ərzində 3 milyon 99 min manat faiz gəliri əldə edib. Faiz xərcləri isə 40 min 148 manat təşkil edib. Xalis faiz gəlirləri isə 3 milyon 58 min manat olub.
Faiz gəlirləri son bir ildə 327,8 min manat və ya 9,6%, xərcləri isə 5,8 dəfə, xalis faiz gəlirləri isə 136,6 manat və ya 4,3% azalıb.
Bankın inzibati xərcləri 2 milyon 146 min manat təşkil edib. Haqq və komissiya gəlirləri 53,2 min manat, xərcləri 95,8 min manat olub.
Gəlirlər illik müqayisədə 122,6 min manat (3,3 dəfə) xərclər isə 54,6 min manat (36,3%) azalıb. İnzibati xərclər də 25,5% aşağı düşüb.
Bank ötən ilin sonunda 490,7 min manat mənfəət vergisi ödəyib.
Beləliklə, İran bankı 3 milyon 871 min manat xalis mənfəətlə başa vurub. Bu da illik müqayisədə 2 milyon 4 min manat, başqa sözlü 2,1 dəfə çoxdur.
“Bank Melli İran”ın aktivləri ötən ilin son rübündə 121,7 milyon manat təşkil edib. Aktivlər son bir ildə 25 milyon 143 manat ( 26%) artıb.
Bankın kredit portfeli 2 dəfədən çox azalaraq 4 milyon 78 min manat təşkil edib.
Öhdəliklər son bir ildə 21 milyon 272 min manat (35,9%) artaraq 80 milyon 607 min manata çatıb.
Kapitalın həcmi isə 3 milyon 871 min manat, başqa sözlə 10,4% artaraq 41 milyon 157 manat olub.
Bölüşdürülməmiş zərərin həcmi isə 32 milyon 454 min manat olub ki, bu da illik müqayisədə 3 milyon 872 min manat və ya 10,7% azdır.