«Bank Melli İran» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın ən kiçik banklarından olan “ Bank Melli İran”nın gəlir mənbələrini təqdim edir.
İran bankından pulları çəkirlər – MÜŞTƏRİ HESABLARI 6 DƏFƏ AZALIB - HESABAT
Bank ölkəmizdən İran İslam Respublikasına və əks istiqamətdə pul köçürmələri edir. Bank ən aşağı göstəricələrlə ölkəmizin bank sistemində sonuncu yerdədir. 2023-cü ilin üçüncü rübünün nəticələrinə görə “ Bank Melli İran”nın gəliri 2 milyon 336 min manat təşkil edib. Bankın gəlir əldə etdiyi mənbələr məhduddur . Gəlirlərin böyük hissəsi - 2 milyon 177 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub yəni ümumi gəlirin 92%-i . Bankın ikinci böyük gəlir mənbəyi valyuta əməliyyatlarından əldə etdiyi gəlirlərdir – bu mənbə bankı 130 min manat ilə və ya bütün gəlirlərin 5%-i ilə təmin edib. Bundan başqa komissiya haqlarından gəlirləri 50 min manat olub, bu - bankın bütün gəlirlərinin 2%-i deməkdir. Ən az gəlir digər faiz gəlirləri üzrə 9 min manat yəni ümumi gəlirlərin 1%-i həcmində olmuşdur .
Ümumiyyətlə, “Bank Melli İran”nın gəlirlərinin 90%-i faiz, yalnız 10%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 2 177 | 92% | 
| QK-a investisiyadan gəlir | - | - | 
| Digər banklara depozitlərdən gəlirlər | - | - | 
| Digər banklara kreditlərdən gəlirlər | - | - | 
| Komissiya haqları | 50 | 2% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 130 | 5% | 
| Digər faiz gəlirləri | 9 | 1% | 
| Digər qeyri-faiz gəlirləri | - | - | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 2 366 | 100% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








