Bu il yanvarın 1-nə Azərbaycan banklarındakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub.
Ötən ay bank əmanətçilərinin depozit gəlirləri 118 milyon manata yaxınlaşıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.
Sənədə əsasən, əmanətlərin 57 %-i isə kompensasiya edilən olub.
Xatırladaq ki, bu il yanvarın 1-nə ev təsərrüfatlarının banklardakı vəsaitləri illik müqayisədə 14,4 % artımla 16 milyard 772,4 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin 69,2 %-i (11 milyard 602,9 milyon manat) milli valyutada, 30,8 %-i (5 milyard 169,7 milyon manat) xarici valyutada olub.
2025-ci ilin yekununda Azərbaycanda unikal bank əmanətçilərinin sayı təxminən 194 min nəfər olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 81,3 % çoxdur.












