“Bank BTB” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 24,4 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 1,2 milyon manat (5,0%) artım deməkdir
Bu artımda əsas rolu müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir oynayıb. Bu maddə 23,7 milyon manata yüksəlib ki, bu da illik 2,1 milyon manat (9,8%) çoxur.
Faiz borcları üzrə ehtiyatlar ötən ilki 73 min manatlıq xərcin əksinə olaraq, bu il 60 min manatlıq bərpa ilə nəticələnib.
Hesabat dövründə faiz xərcləri 14,3 milyon manat olub. Bu da illik müqayisə ilə 165 min manat , başqa sözlə 1,2% çoxdur.
Depozitlər üzrə faizlər 7,3 milyon manata bərabər olub.
Digər faiz xərcləri isə 7,0 milyon manat təşkil edib ki, bu da illik 829 min manat (13,4%) artımdır.
Nəticədə, bankın xalis faiz gəlirləri 10,2 milyon manat təşkil edib. Bu da illik 1,1 milyon manat (12,4%) çoxdur.
Bankın qeyri-faiz gəlirləri 5,7 milyon manata yüksəlib. Bu, ötən ilin eyni dövrünə nəzərən 1,4 milyon manat (32,9%) artım deməkdir.
Hesabların aparılması üzrə komissiyon gəliri 911 min manat təşkil edərək 237 min manat (35,2%) artıb.
Digər xidmət növlərindən komisyon gəliri isə 1,2 milyon manat (32,2%) artaraq 4,8 milyon manata yüksəlib
Qeyri-faiz xərcləri 11,4 milyon manat təşkil edərək 1,8 milyon manat (19,1%) artım göstərib..
Göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri 1,9 milyon manat olub.
İnzibati xərclər isə 9,5 milyon manat təşkil edib.
Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti 4,5 milyon manat olub. Bu da illik 693 min manat (18,4%) çoxdur.
Hesabatın ən vacib dəyişikliyi isə kredit itkiləri üçün ehtiyat ayırmalarında baş verib. Bank bu məqsədlə 2,3 milyon manat vəsait ayırıb. Bu, ötən ilə nisbətən 1,9 milyon manat və ya 6 dəfə yüksək bir göstəricidir.
Müsbət hal kimi, gözlənilməz fəaliyyət növlərindən yaranan nəticə ötən ilki 3,9 milyon manatlıq zərərin əksinə olaraq, bu il 2,8 milyon manatlıq gəlir yaradıb.
Hesabat dövründə "Bank BTB" 389,3 milyon manat cəmi aktivlərə malik olub Bu, ilin əvvəli ilə müqayisədə 26,5 milyon manat (7,3%) artıma bərabərdir
Bu artımda əsas rolu banklardakı depozitlərin 30,0 milyon manata bərabər olması oynayıb. Bu da ilin əvvəli ilə müqayisədə 21 milyon manat və ya 3,3 dəfə artımdır.
Nağd vəsaitlər 11,5 milyon manata yüksəlib. Bu da ötən ilin sonuna nəzərən 4,6 milyon manat (67,4%) çoxdur.
Müştərilərə verilmiş xalis kreditlər 276,3 milyon manata çatıb. Bu isə 6,3 milyon manat (2,3%) artım deməkdir.
Müxbir hesablar 9,0 milyon manat olub ki, bu da illik 507 min manat (5,9%) artıma bərabərdir
Bankın qiymətli kağızlar portfeli isə ötən ilki 4,1 milyon manatdan sıfıra enərək tamamilə ləğv edilib.
Əsas vəsaitlər 53,5 milyon manata bərabər olub.
Bank BTB-nin cəmi öhdəlikləri 338,4 milyon manata yüksəlib. Bu da 27,1 milyon manat (8,7%) artımın baş verməsi deməkdir.
Bu artımın əsas səbəbi, müştəri depozitlərinin artmasıdır. Müştərilərin tələbli depozitləri 27,7 milyon manata bərabər olub ki, nəticədə doqqiz ay ərzində 15,1 milyon manat (2,2 dəfə) artıb. Müddətli depozitlər isə 140,2 milyon manat olub.
Hesabat dövründə bank tərəfindən 3 milyon manatlıq yeni qiymətli kağızlar buraxılıb.
Digər maliyyə institutlarının kreditləri 164,3 milyon manat, digər öhdəliklər isə 3,2 milyon manat təşkil edib.
Cəmi kapital 50,9 milyon manata bərabərdir.
Bunun da 47,8 milyon manatlıq hissəsi xüsusi kapitalın payına düşüb.
Ümumi ehtiyatlar isə cüzi artaraq 3,1 milyon manat təşkil edib.