Bank “BTB” III-cü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın xalis əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 4,5 milyon manata çatıb. Bankın xalis faiz gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 10,2 milyon manat, qeyri-faiz gəlirləri 33% artaraq 5,7 milyon manat təşkil edib.
Bankın 9 ay üzrə xalis mənfəəti isə 2,3 milyon manata çatıb. Hesabat dövrü ərzində gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişiklikləri üzrə 2,8 milyon manat xərc yaranıb.
2025-ci ilin III-cü rübünün sonuna Bankın məcmu kapitalı 53,3 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21,8 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025 –ci ilin 9 ay ərzində 118 vətəndaşa 12,2 milyon manat məbləğində Adi və Güzəştli ipoteka krediti rəsmiləşdirilib.
Bankın ani likvidlik əmsalı isə 153% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 5 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 440 09 46 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.