Bu ilin III rübünə “AzərTürk Bank”ın faiz gəlirləri 97 milyon 410 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 milyon 744 min manat və ya təqribən 27% artım deməkdir.
Faiz gəlirlərinin (ümumi) əsas hissəsini – 61 milyon 262 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (51 milyon 610 min manat) ilə müqayisədə 9 milyon 652 min manat və ya təxminən 18,7% artıb.
Hesabat dövründə faiz gəlirləri daxilində ən böyük artım ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri və banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri üzrə qeydə alınıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 510 min manata bərabər olub.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 25 milyon 490 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü (19 milyon 257 min manat) ilə müqayisədə 6 milyon 233 min manat və ya təqribən 32,4% artıb.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 9 milyon 511 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü (4 milyon 690 min manat) ilə müqayisədə 4 milyon 821 min manat və ya təqribən 2 dəfə artım deməkdir.
Digər faiz gəlirləri 637 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü (564 min manat) ilə müqayisədə 73 min manat və ya təqribən 12,9% artım deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövrünə“AzərTürk Bank”ın faiz gəlirləri 76 milyon 666 min manat olmuşdu.














