Azərbaycanın ən böyük və fəal banklarından olan «Bank Respublika» 2021-ci ildə daha da böyüyüb, xalis mənfəətini ikiqat artırıb və kollektivini genişləndirib.
FED.az bankın 2021-ci ilin 3-cü rübünün nəticələrinə əsasən xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 13%-dən çox artaraq 63 milyon manat çatıb. Bunun böyük hissəsi – 59,1 milyon manatı kredit portfeli üzrə gəlirlərdən formalaşıb – bu maddə üzrə ötən illə müqayisədə artım 21%-dən çox olub. Hesabata dövrnüdə «Bank Respublika» qiymətli kağızlardan gəlirlərini bir qədər də artıraraq 2,3 milyon manata çatdırıb – artım 16%.
Əmanət sahiblərinə 12 milyon manat ödəyib
Bankın faiz xərcləri isə ötən illə müqayisədə 3,6 milyon manat və ya 18 faiz artaraq 23,9 milyon manata çatıb. Faiz xərclərinin böyük hissəsi əmanət sahiblərinə faiz ödənişlərinin payına düşüb. Bankın əmanət porfelinin böyüməsi nəticəsində əmanətlər üzrə faiz ödənişləri 40% artaraq 12,7 milyon manata çatıb. Bundan başqa, ilk 9 ayda bank cəlb etdiyi kreditlər üzrə 8,9 milyon manat faiz ödəyib. Nəticədə bankın xalis faiz gəlirləri ötən illə müqayisədə 3,7 milyon manat və ya 10%-dən çox artaraq 39 milyon manatı keçib.
Müştəri aktivliyi – haqq və komissiya gəlirləri artıb
3-cü rübün nəticələrinə görə, «Bank Respublika»nın qeyri-faiz gəlirləri 16 milyon 251 min manat təşkil edib. Bu dövrdə bank müştərilərinin aktivliyinin əsas göstəricisi – alınan haqq və komissiya gəlirləri 17%-dən çox artaraq 10,7 milyon manat olub. Xarici valyuta əməliyyatlarından 4,4 milyon manat, digər gəlirlərdən 1,1 milyon manat daxil olub.
Əmək haqqı fondu 21% artıb
Bankın qeyri-faiz xərcləri isə 14%-dən çox artaraq 48,2 milyon manata çatıb. İlk 9 ayda «Bank Respublika»da əmək haqları təqribən 5 milyon manat və ya 21% artaraq 27,8 milyon manatı keçib.
Xalis mənfəətdə ikiqat artım
Nəticədə bank 3-cü rübü 7 milyon 76 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bundan başqa, əvvəlki dövrlərdə ayrlmış ehtiyatlardan 5 milyon 24 min geri çəkilib. Nəticədə bank hesabat dövrünü 12 milyon 100 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıqdır.
«Milyardlıq hədd»ə möhkəmlənib
Ölkənin ən byöük banklarından biri olan «Bank Respublika» 2021-ci ilin ilk 9 ayında da böyüməkdə davam edib. Bankın aktivləri 160 milyon manat və ya 15,5% artaraq 1 milyard 194 milyon manatı keçib.
Kredit portfeli 42% böyüyüb
Hesabat dövründə bankın kreditləri sektorda ən yüksək sürətlə – 42%-dən çox artaraq 430 milyon manatdan 613 milyon manata yüksəlib. «Bank Respublika» ölkədə biznes sektoruna ən çox kredit ayıran ilk banklardandır. Bankın kredit portfelinin böyük hissəsini – 70%-dən artıq – biznes kreditləri təşkil edir. Hesabat dövründə bankın biznes kreditləri 115 milyon manat artaraq 448 milyon manata yüksəlib – bu 35% artım deməkdir. İstehlak kreditləri 58 milyon manat, daşınmaz əmlak (ipoteka) kreditləri isə 5 milyon manat artıb. Bu dövrdə bank qiymətli kağızlara yatırılan və vəsatiləri 25 milyon manat (72 milyon manatdan 47 milyon manata) azaldaraq onları kreditləşməyə yönəldib.
Depozit portfeli 800 milyon manat yaxınlaşıb
Bankın depozit portfeli isə 105 milyon manatdan çox yüksələrək 794 milyon manatı keçib. «Bank Respublika»da həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri artmaqdadır. Əmanətlər 68 milyon manat və ya 22% artaraq 381 milyon manatı keçib. Hüquqi şəxslərin bankdakı depozitləri isə təqribən 10% artaraq 413 milyon manatı keçib. 2021-ci il 3-cü rübün yekununa görə, bankın kapitalı 14 milyon manata yaxın artaraq 94,5 milyon manata yüksəlib.