Azərbaycanda aktivləri böyüyən və kiçilən bankların adları məlum olub.
FED.az bankların 2019-cu ilin sonuna olan hesabatlarına istinadən xəbər verir ki, zərbaycanda olan 30 bankdan 20-nin aktivləri artıb, 10-nun da isə azalıb.
Eləcə də bax: Azərbaycanın ən böyük və ən kiçik bankları – MƏLUM OLDU
Aktivlərində ən böyük artım dinamikası “Bank Respublika”da olub. Hesabat dövründə bankın aktivləri nə az, nə çox 43,7% artım nümayiş etdirib.
Siyahının digər liderləri “AFB Bank”(37,6%) və “Bank of Baku”(27%) olub.
Həmçinin aktivlərinin artım dinamikasına görə, ilk 10-luğa aşağıdakı banklar daxil olub.
Bunlar “Xalq Bank” (22,4%),”Unibank”(20,1%), “Azərbaycan Sənaye Bankı” (19,8%), “Muğanbank”(19,8%), “Naxçıvanbank”(18,1%), Beynəlxalq Bank (16,3%), “Bank VTB Azərbaycan”(16,3%)dır.
Aktivləri ən çox azalan banklar isə “Bank Melli İran Bank”ının Bakı filialı (-10,6%) və “Pakistan Milli Bankı”nın Bakı filialı (-11,9%) olub.