"Bank Respublika" nizamnamə kapitalını artırır.
FED.az xəbər verir ki, 06 oktyabr 2023-cü il saat 12:00-da Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində "Bank Respublika" ASC-nin illik ümumi yığıncağı keçiriləcək.
Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" ASC tərəfindən yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi.
4. Yeni səhmlərin buraxılması və nizamnamə kapitalının artırılması ilə əlaqədar "Bank Respublika" ASC-nin Nizamnaməsinə müvafiq dəyişikliyin təsdiq edilməsi.