30 aprel 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 mln. manat, cəmi öhdəlikləri 39,771.3 mln. manat, balans kapitalı 5,811.4 mln. manat olmuşdur.
4 ayda ən çox sayda güzəştli kredit verən banklar – SİYAHI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bank sektoru ilə bağlı Statistik bülletenində bildirilir.
Aprel ayında bankların kredit portfeli 1.7% və ya 341 mln. manat artaraq 20,379.6 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (11,108 mln. manat), ıı) istehlak kreditləri – 29.8% (6,072.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.7% (3,199.3 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.8% təşkil etmişdir
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.4%-i və ya 32,366.9 mln. manat). Bankların depozit portfeli cari ilin aprel ayında 1.4% və ya 433.7 mln. manat artmışdır. Depozit portfelinin 63.1%-i (20,411.5 mln. manat) hüquqi şəxslərin, 36.9%-i (11,955.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 2% və ya 236 mln. manat artmışdır. Əmanət portfelinin 53.3%-i (6,376.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,445.6 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.5%-ni təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2% təşkil etmişdir.
2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 mln. manat xalis mənfəət, 512.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39% və 32% artmışdır.
30 aprel 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 493, şöbələrinin sayı 94, ATM-lərin sayı 3002 olmuşdur. Hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir. Belə ki, aprel ayında bank əməkdaşlarının sayı 0.4% və ya 94 nəfər artaraq 23,258 nəfər təşkil etmişdir.