2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandakı bankların faiz və onunla bağlı xərcləri 1 milyard manatı keçib.
Bank sektorunda son vəziyyət - AÇIQLANDI
FED.az xəbər verir ki, Mərkəzi Bankın bildirdiyinə görə, 2024-cü ilin 11 ayında bankların cəmi faiz xərcləri 1 milyard 91,2 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 813,4 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərclərinin 703,4 milyon manatını müddətli əmanətlər üzrə ödənilmiş faiz məbləğləri təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycandakı bankların cəmi faiz xərcləri 755,7 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 536,5 milyon manat, həmçinin müddətli depozitlər üzrə faiz xərcləri isə 450,4 milyon manat təşkil etmişdi.
Qeyd edək ki. son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. (Marja)