Maliyyə Bazarlarına Nəzarət Palatası “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nı təsdiq edib.
FED.az xəbər verir ki, Maliyyə bazarındakı mənbələrdən bildirilib ki, yeni meyarlar 2019-cu il aprel ayından qüvvəyə minib.
MBNP-nin qərarına əsasən, bankın sistem əhəmiyyətliliyi aşağıdakı göstəricilər üzrə müəyyən ediləcək:
Eləcə də bax: Dövlət xətti ilə 52,7 mln. manat - İPOTEKA KREDİTİ VERİLİB
“Qeyd olunan göstəricilərdən istifadə vasitəsilə xüsusi formildan istiofadə etməklə hər bankın sistem əhəmiyyətliliyi hesablanacaq. İndeks bankın ötən ilin yekunları üzrə maliyyə göstəriciləri əsasında hər il hesablanacaq”, - mənbə qeyd edib.
Onun sözlərinə görə, bundan sonra hər bank üzrə İndeks göstəricisi 420 punkt baza indeksi ilə müqayisə olunur. “Əgər bankın indeksi baza göstəricidən çoxdursa, bank sistem əhəmiyyətli bank siyahısına daxil edilir”, - mənbə vurğulayıb.
Azərbaycanda sistem əhəmiyyətli bankların siyahısı həır il martın 1-dək MBNP tərəfindən müəyyən ediləcək.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət üçün lisenziyaya malikdir.