Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 31 yanvar 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nda dəyişiklib edib.
Cərimə ödənişlərindən komissiya tutulması haqda - Mərkəzi Bankdan açıqlama
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, aidiyyəti şəxslərə qarşı kredit tələblərinin məcmu miqdarının hədləri hesablanarkən xarici valyutada verilmiş kredit üzrə təminat qismində kreditin verildiyi valyutadan fərqli, lakin yalnız avro, ingilis funt sterlinqi, ABŞ dolları, Yapon yeni və İsveçrə frankı valyutalarında olan pul vəsaitləri çıxış etdikdə, müddəti bir ilədək olan kredit üzrə həmin kredit tələbinin qeyd-şərtsiz təmin olunmuş hissəsinin 80 %-nə qədər, bir ildən çox olan kredit üzrə 70 %-ə qədər hissəsi nəzərə alınmayacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.











