Keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bu ilin sentyabr ayının sonunda Azərbaycanda POS-terminalların sayı 21.1% və ya 12 895 vahid artaraq 74 004-ə çatıb. POS-terminalların 49 554 ədədi və ya 67%- Bakıdadır.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin sayı - 22 MİNİ KEÇDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.
Hesabata əsasən, cari ilin sentyabr ayı ərzində POS-terminalların sayı 1 957 vahid və ya 2.7% artıb.
Ümumilikdə POS-terminalların 98%-i pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunur.