2023-cü ilin IV rübünün yekunlarına əsasən, Azərbaycanda 8 bankın depzoit portfeli 1 milyard manatdan çoxdur.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək depozit portfelinə malik olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır –9 milyard 396 milyon 186 min manat.
Digər yüksək depozit portfelinə malik olan banklardan “Paşa Bank” 6 milyard 935 milyon 175 min manatla ikinci, “Kapital Bank” isə 6 milyard 321 milyon 619 min manatla üçüncü yeri tutur.
“Xalq Bank”ın IV rübdə depozit portfeli isə 2 milyard 200 milyon 971 min manat olub.
Bundan başqa ötən rübdə əmanətlərin məbləği “Bank Respublika”da 1 milyard 443 milyon 791 min manat, “Yelo Bank”da 1 milyard 292 milyon 23 min manat, “Unibank”da 1 milyard 215 milyon 892 min manat,
Ən aşağı balans kapitalına malik olan bank isə “Bank Melli İran” (41 milyon 157 min manat) olub.”AccessBank”da isə 1 milyard 51 milyon 575 min manat təşkil edib.
Bankların depozit portfeli üzrə göstəriciləri ilə daha ətarflı tanış olmaq üçün FED.az RENKİNQ-də izləyə bilərsiniz.