Azərbaycanda ən kiçik sahibkarlıq subyektləri olan mikro biznesə bankların kredit dəstəyi artmaqda davam edir. Bu ilin dekabrın 1-nə mikro sahibkarlığa yönələn kreditlərin həcmi 3 milyard 519,8 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 429,5 milyon manat və ya 13,9% artım deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-də bu seqmentə 3 milyard 90,3 milyon manat kredit ayrılmışdı.
Artım bütün dövrlər üzrə davamlı olub. Ötən ilin sonuna (3 mlrd. 107,3 mln. manat) nəzərən portfel 412,5 milyon manat (13,3%) böyüyüb. Təkcə son bir ayda isə (noyabra nəzərən) 77,4 milyon manatlıq (2,2%) artım qeydə alınıb.
Xatırladaq ki, mikro sahibkarlığa verilən kreditlər bu ilin noyabrın 1-nə 3 milyard 442,4 milyon manat, ötən ilin sonunda 3 milyard 107,3 milyon manat, ötən ilin eyni dövründə isə 3 milyard 90,3 milyon manat idi.












