Rəqəmsal bankçılığa xüsusi diqqət yetirən banklardan olan «Bank Respublika», fintex sahəsində daha bir yenilik edib.
Eləcə də bax: Beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın - REYTİNQİNİ YÜKSƏLTDİ
FED.az xəbər verir ki, «Bank Respublika»nın müştəriləri burada tətbiq edilən yeni «Open Banking» xidməti sayəsində «Hesab.az» üzərindən öz şəxsi hesablarını və hesab tarixçələrini izləyə biləcəklər.
Başqa sözlə, bu yenilikdən istifadə etməklə, Bankın müştəriləri öz hesabları barədə məlumatı təkcə bankın rəqəmsal platformalar vasitəsilə deyil, Banka aid olmayan platforma vasitəsilə də, tam təhlükəsiz öz şəkildə ala biləcəklər.
«Bank Respublika»nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov bildirib ki, Avropa Mərkəzi Bankı tərəfindən avropa bankları qarşısında bir tələb halına gələn «Open Banking» yanaşması tezliklə Azərbaycanda da geniş tətbiq olunacaq: «Bank Respublika» artıq uzun müddətdir ki, Open Banking platformasının ölkəmizdə tətbiqi və təbliği üzərində çalışır. Bu sahənin inkişafına verdiyi böyük dəstəyə görə Azərbaycan Mərkəzi Bankını da xüsusi vurğulamaq istərdik»-deyə bankın İH sədr müavini bildirib.