Azərbaycanda faiz gəlirləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların faiz gəlirlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 39,4%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın faiz gəlirləri 9,1 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 39,3% və ya 2,8 milyon manat göstərici ilə "Bank VTB Azərbaycan" gəlir.
Faiz gəlirlərində 36% və ya 68,9 milyon manat artım baş verən "Kapital Bank" üçüncüdür.
"ExpressBank"-ın faiz gəlirləri illik müqayisə ilə 24,7% və ya 3,9 milyon manat dəyərində artıb.
"Azərbaycan Beynəlxalq Bankı"-nın faiz gəlirlərində təxminən 23% və ya 48,1 milyon manat artım baş verib.
Hesabat rübündə "Bank Respublika"nın faiz gəlirərində (11,7 milyon manat və ya 21,5%) və "Bank Melli İran" Bakı filialının (232 min manat və 20,1%) artım baş verib.