Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə öhdəlikləri ən çox olan bankların adları məlum olub.
Azərbaycanda müştərilərə - ƏN AZ KREDİT AYIRAN 2 BANK
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı öhdəliklərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, hazırda ölkədə ən böyük ihdəliyi olan bank Azərbaycan Beynəlxalq Bankı – ABB Bankdır. Bankın öhdəliklərinin həcmi 13,1 milyard manatdır.
«Kapital Bank»ın öhəlkilərinin həcmi 11,9 milyard manat, «PAŞA Bank»ın öhdəliklərinin həcmi 8,6 milyard manat təşkil edib.
Siyahıda dördüncü yerdə 2,4 milyard manat öhdəliklərlə «Bank Respublika», beşinci yerində isə 2,3 milyard manat öhdəliklərlə «Xalq Bank» dayanıb.















